14 Noyabr 2014 16:32
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Mixail Tal Memorial" blits-turnirinin qalibi olub.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, turnirin mükafat fondu 100 min dollar təşkil edib.

Soçidə Mixail Talın xatirəsinə həsr olunmuş turnirdə ikinci və üçüncü yerləri, müvafiq olaraq, rusiyalı Aleksandr Qrişuk və israilli Boris Qelfand tutublar.

Ümumilikdə turnirdə 12 qrossmeyster iştirak edib.


Müəllif:

Oxşar xəbərlər