"Bizim üçün yaxşı sınaq oldu. Güclü komandaya qarşı oynadıq. Nəticə fərqli ola bilərdi, qələbə də qazana bilərdik".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
65 yaşlı mütəxəssis bildirib ki, 3:2 hesablı qələbə də qazana bilərdilər.