25 Noyabr 2021 23:30
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və Kipr "Omoniya"sı üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxıblar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos

Baş məşqçi: Henninq Berq

***

"Omoniya"nın oyunçusu Mixal Dyuriş 43-cü dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb: 0-1.

***

49-cu dəqiqədə matçda hesab bərabərləşib. Paris Psaltis avtoqol müəllifi olub: 1-1

***

"Omoniya"nın futbolçusu Kiko matçın 66-cı dəqiqəsində Kadiyə qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

***

Patrik Andrade matçın 88-ci dəqiqəsində "Qarabağ"ın ikinci qoluna imza atdı: 2-1.

***

Qomez oyunun 90-cı dəqiqəsində hesabı bərabərləşdirib: 2-2.


Müəllif: Teleqraf.com