5 Dekabr 2021 12:39
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

Teleqraf.com xəbər verir ki, yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşib.

Turnirdə 17 yaşdan yuxarı 100-dək idmançı iştirak ediblər. Qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar.

Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 53 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Patimat Abakarova Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər