Norveç yığması qadın həndbolçular arasında dünya çempionatının qalibi olub.
Teleqraf.com xəbər verir ki, İspaniyada təşkil olunmuş mundialın finalında skandinaviyalılar Fransanı 29:22 hesabı ilə məğlub edib.
Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl analoji nailiyyət 1999, 2011 və 2015-ci illərdə qazanılıb.
Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.
Qeyd edək ki, Norveç millisi həm də 2 qat olimpiya və 8 qat Avropa çempionudur.