Portuqaliya millisi və "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu "Globe Soccer" tərəfindən tarixin ən yaxşı bombardiri seçilib.
Teleqraf.com-un məlumatına görə, mükafatların təqdimetmə mərasimi Dubayda keçirilib. K.Ronaldu mərasimə gəlməyib, onun mükafatını meneceri alıb.
Qeyd edək ki, daha əvvəl Fransa yığmasının və PSJ klubunun hücumçusu Kilian Mbappe "Globe Soccer" tərəfindən Dubayda keçirilən mərasim zamanı ilin ən yaxşı futbolçusu seçilib.
İlin ən yaxşı bombardiri nominasiyasında birinci yeri Polşa millisinin və "Bavariya" klubunun hücumçusu Robert Levandovski tutub.
İilin ən yaxşı qapıçısı K.Mbappenin italiyalı komanda yoldaşı Canluici Donnaruma seçilib.
İtaliya millisinin baş məşqçisi Roberto Mançini isə 2021-cilin ən yaxşı məşqçisi nominasiyasında qalib olub.