Fransalı məşqçi Zinəddin Zidan PSJ klubu ilə razılaşıb.
Teleqraf.com-un məlumatına görə, 49 yaşlı mütəxəssis məşqçi karyerasını bərpa edəcək. Z.Zidanın PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, son dəfə Zinəddin Zidan Madridin "Real" klubunun baş məşqçisi vəzifəsində çalışıb.