UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarında ən yaxşı qapıçı qurtarışları açıqlanıb.
Teleqraf.com xəbər verir ki, "5-lik"də "Qarabağ"ın qolkiperi Luka Quqeşaşvilinin "seyv"i də yer alıb.
Gürcüstanlı oyunçu Fransada "Marsel"lə görüşdə Pap Quyenin zərbəsini dəf edib.
Siyahıya "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın qurtarışı da düşüb.
Qeyd edək ki, "Qarabağ" "Marsel"ə 1:3 hesabı ilə uduzub. Komandalar arasındakı cavab qarşılaşması fevralın 24-də Bakıda olacaq.