26 Mart 2022 22:12
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiman Qurbanlı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Qran-Pri turnirində uğurla çıxış edib.

Teleqraf.com-un məlumatına görə, karateçimiz turnirin “Top Ten” yarışında bürünc medal qazanıb.

Qran-Pri turnirində A.Qurbanlıdan başqa, mükafatlar uğrunda Emil Pavlov və Petar Zaborski (hər ikisi Şimali Makedoniya), Nikola Maloviç (Monteneqro), Gabor Harspataki və Tadissi Matial (hər ikisi Macarıstan), Rijad Dzuho (Bosniya və Herseqovina), Miçele Martina (İtaliya), Erman Eltemur (Türkiyə), Ancelo Kvesiç və Enes Qariboviç (hər ikisi Xorvatiya), həmçinin Boqdan Trikoş (Serbiya) iştirak ediblər.

Dörd qrupa bölünən idmançılar mütləq çəki dərəcəsində mübarizə aparıblar.

Dairəvi sistem üzrə təşkil edilən turnirin mükafatçıları toplanılan ballar əsasında təyin edilib.

Turnirin qalibi iki min avro pul mükafatına layiq görülüb. İkinci yeri tutan idmançı min avro, üçüncü pilləyə çıxanların hər birinə isə beş yüz avro pul mükafatı verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər