Apreldə 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3 federasiyanın isə statusu dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ay statusu dayandırılan federasiyalar barədə öz qeydində yazıb.
Nazir bu fəaliyyətin yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcəyinə inandığını bildirib: "Bu ay Kamandan Oxatma Federasiyasının və Azərbaycan Yelkənli İdman Federasiyasının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib".
Qeyd edək ki, ötən ay "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.