14 Avqust 2022 12:16
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastı Vladimir Dolmatov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, aerobika gimnastikası üzrə fərdi proqramda yarışan Vladimr bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər