15 Avqust 2022 09:23
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, medallardan 18-i qızıl, 22-i gümüş, 18-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 209 (79 qızıl, 73 gümüş, 57 bürünc), İran 94 (32 qızıl, 24 gümüş, 38 bürünc) və Özbəkistan 86 (27 qızıl, 24 gümüş, 35 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 11 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), qılıncoynatma (1 gümüş, 2 bürünc), həndbol (1 gümüş), üzgüçülük (1 gümüş) ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər