29 Avqust 2022 16:15
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbrahima Vadjini “Sent Etyen”ə satan “Qarabağ” onun əvəzinə başqa bir afrikalı alır.

Teleqraf.com xəbər verir ki, Qvineya millisinin forvardı Momo Yansane tezliklə ağdamlılarla rəsmi müqavilə bağlayacaq.

Hazırda “Şerif”də çıxış edən hücumçu Moldovadan ayrılmaq istəyir. Onunla danışıqlar davam edir və futbolçunun sonradan satınalma şərti ilə birillik icarəyə götürülməsi müzakirə edilir.

Qeyd edək ki, daha öncə “Rabat”, “İsloç”, “Nijni Novqorod” klublarında oynamış Momo bir ildi “Şerif”də çıxış edir. 25 yaşlı futbolçunun hazırkı komandası ilə 2024-cü ilə kimi müqaviləsi var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər