5 Dekabr 2014 17:25
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın üçüncü divizion “Tiro Federal de la Roxa” futbol klubunun kapitanı Franko Antonio Nieto başına kərpiclə vurulan zərbədən sonra La-Roxa şəhərinin xəstəxanalarından birində vəfat edib.

Trend-in “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Times Live” xəbər yayıb.

Faciəli insident “Tiro Federal de la Roxa” - “Çakarita” matçından sonra stadionun yanında baş verib. Oyunun sonuna 15 dəqiqə qalmış hakim futbolçular arasında düşən dava səbəbindən oyunu dayandırmağa məcbur olub.

Oyun başa çatdıqdan sonra F.A.Nieto öz maşınında stadionun ərazisini tərk etməyə hazırlaşın. Futbolçunun planlarına aqressiv əhvali-ruhiyyəli bir qrup azarkeş mane olub. Onlardan biri silah qismində kərpicdən istifadə edib. Futbolçunun başına bir neçə zərbə endirildikdən sonra o, təcili xəstəxanaya aparılıb. İdmançı La-Roxa şəhərinin xəstəxanasında əməliyyat olunsa da, həyatını xilas etmək mümkün olmayıb. Üç günlük koma vəziyyətindən sonra o, şüuru bərpa olmadan vəfat edib.

Həlak olanın qohumları bəyan ediblər ki, hücum edənlər arasında rəqib komandanın nümayəndəsi də olub. Yerli polis qətldə şübhəli bilinən üç nəfəri həbs edib.


Müəllif:

Oxşar xəbərlər