23 Sentyabr 2022 00:57
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, C Divizionunda yer alan millimiz 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub.

Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi görüşün 44-cü dəqiqəsində Renat Dadaşovun qolu ilə hesabı açıb.

Matçın 93-cü dəqiqəsində Jirkanın penaltidən vurduğu qolla Slovakiya hesabı bərabərləşdiib. Əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə Höccət Haqverdi millimizə qələbə gətirən qola imza atıb.

Azərbaycan seçməsi bu qələbədən sonra xallarını 7-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.

Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər