25 Sentyabr 2022 11:40
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

2036-cı ildə Yay Olimpiya Oyunları Misirdə keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, ölkə olimpiada üçün namizədliyini irəli sürəcək.

Misir yarışa ev sahibliyi edən ilk ərəb və ya Afrika ölkəsi ola bilər. Daha əvvəl Almaniya, Meksika, Türkiyə, Rusiya, Hindistan və Qətərin də 2036-cı ildəki Yay Olimpiya Oyunlarını keçirmək istədiyi bildirilib.

Qeyd edək ki, növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.


Müəllif: Teleqraf.com