Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan yerli azarkeşləri təhqir edən "Olimpiakos"un futbolçusu Pape Abu Sisse cəzalanıb.
Teleqraf.com xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.
27 yaşlı oyunçu etdiyi hərəkətə görə şəxsi instaqram səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.
Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.