11 Dekabr 2014 10:40
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında mətbuat işçiləri üçün güzəştlər nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, akkreditasiyadan keçən media nümayəndələri mayın 29-dan iyulun 1-dək ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Bura Bakı metrosu və avtobus şəbəkəsi daxildi. Media nümayəndələri həmçinin Dənizkənarı Milli Parkda hərəkət edən qatarlardan və liman qayıq xidmətlərindən də pulsuz yararlanacaq. Nəqliyyat vasitəsi "Ağ şəhər" və Dövlət Bayrağı Meydanı obyektlər qrupunu birləşdirəcək.

Paytaxtımızda ictimai nəqliyyatın iş saatları saat 05:00-dan gecə 00:00-dək olsa da, Avropa Oyunları zamanı genişləndirilmiş qrafikə keçmək nəzərdə tutulub.

Qeyd edək ki, "Bakı-2015"-də KİV nümayəndələrinin akkreditasiya prosesi artıq başlayıb və gələn ilin martın 6-da başa çatacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər