15 Aprel 2014 22:26
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.

Teleqraf.com xəbər verir ki, hər həftənin bazar ertəsi CHATBOX kanalında canlı yayımlanan "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Elçin Məmmədov, "Futbol+" qəzetinin əməkdaşı Nihat Ağasoy və daimi ekspert Elnur Əşrəfoğlu olub.

"TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Azərbaycan Premyer Liqasının oyunlarından söhbət açılıb. Proqram qonaqlar arasında baş verən mübahisəli anlarla zəngin olub. "TOP TOP" verilişində jurnalistlər "İnter" Peşəkar İdman Klubunun direktoru Natiq Məmmədovla bağlı komandanın rəhbəri Cahangir Hacıyevə müraciət ediblər. Proqramın daimi eksperti Elnur Əşrəfoğlu Natiq Məmmədov haqqında bu fikirləri söyləyib:

"Bilirik Natiq müəllim futbol adamı deyil, bazar adamıdır. Əlinə özü boyda bir təsbeh alıb, "İnter" klubunun imicinə yaraşmayan hərəkətlər edir. Natiq Məmmədov getsin təsbehini fırlatsın"... Əşrəfoğlu nəyə görə bu sözləri deyib? Əlbəttə ki, proqramı izləsəniz bu suala cavab tapa bilərsiniz. Verilişin aparıcısı Seyran Babayev olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər. Verilişin videoyazısını sizə təqdim edirik:


Müəllif: