Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Teleqraf.com xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektiv İsveç yığması ilə qarşılaşıb.
Görüş rəqibin 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Oskar, 18 (1:0), Price 23-pen (2:0), Mustafa Yıldırım, 44 (2:1), Qiqoviç, 70 (3:1), Rosenqren, 72 (4:1), Faraj, 86 (5:1), Lahdo, 88 (6:1), Faraj, 90 (7:1), 90+3 (8:1)
Qeyd edək ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.