İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Kristiano Ronaldo ilə müqaviləni ləğv edib.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.
Mançester təmsilçisi portuqaliyalı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.