24 Noyabr 2022 01:00
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının F qrupunda ilk tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, qrupun ikinci oyununda Belçika millisi Kanada ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi "qırmızı şeytanlar"a qələbə qazandırıb. 11-ci dəqiqədə Şimali Amerika təmsilçisindən Alfonso Deyvis penaltidən yararlana bilməyib.

F qrupunun ilk görüşündə Xorvatiya seçməsi Mərakeşlə qolsuz heç-heçəyə razılaşıb.

I turdan sonra belçikalılar 3 xalla qrupa başçılıq edir. Hərəyə 1 xalı olan Xorvatiya və Mərakeş yığmaları 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Kanada isə sonuncudur.

00:17

Qətərdə keçirilən dünya çempionatında Belçika və Kanada yığmaları arasında F qrupunun I tur oyununda ilk hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, "qırmızı şeytanlar" fasiləyə minimal hesablı qələbə ilə yollanıb. Yeganə qolu 44-cü dəqiqə Mişi Batşuayi vurub.

23:06

Qətərdə keçirilən dünya çempionatında Belçika və Kanada yığmaları arasında F qrupunun ilk turunun oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:19

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Belçika və Kanada yığmalarının start heyətləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Belçika: Tibo Kurtua, Yan Vertongen, Tobi Alderveyreld, Leander Dendonker, Aksel Vitsel, Kevin De Brüyne, Yannik Karrasko, Timoti Kastan, Eden Azar, Mişi Batşuayi, Yuri Tilemans

Kanada: Milan Boryan, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Cunior Hoylett, Atiba Hatçinson, Stiven Euştakiu, Riçi Lareya, Tedjon Byukenen, Conatan Devid, Alfonso Deyvis

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər