11 Dekabr 2022 18:26
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə yığmasının üzvü Harri Keyn DÇ-2022-dən ayrılmasından sonra azarkeşlərə müraciət edib.

“Tamamilə tükənmişəm. Biz əlimizdən gələni etdik. Hər şey məsuliyyəti öz üzərimə götürüdüyüm kiçik bir detala görə oldu. Bundan gizlənə bilməzsən, bu, ağrılıdır. Özünə gəlmək üçün vaxt lazımdır, amma bu, idmanın bir hissəsidir. İndi təcrübədən istifadə edərək yeni bir çağırış üçün əqli və fiziki cəhətdən daha güclü olmalısınız. Turnir boyu dəstəyinizə görə təşəkkür edirəm. Bu, çox şey deməkdir”, - İngiltərə millisinin kapitanı qeyd edib.

Dünən Qaret Sautqeytin komandası Fransaya 1:2 hesabı ilə uduzaraq dünya çempionatının 1/4 final mərhələsində mübarizəni dayandırıb. 84-cü dəqiqədə İngiltərə yığması penalti hüququ qazansa da, Keyn zərbəni qapının üstündən vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər