29 Dekabr 2022 00:26
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Argentina milli komandasının idman direktoru Lusiano Nakis Anxel Di Mariyanın "Qalatasaray"a mümkün keçidinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, cari mövsümün sonu “Yuventus”la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" klubu yaxından maraqlanır.

Nakis transferin mümkün olduğunu söyləyib: "Ola bilər. "Qalatasaray" böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər".

Qeyd edək ki, Anxel Di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər