22 Dekabr 2014 14:23
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA nümayəndələri təşkilatın rəhbəri Yozef Blatterlə FİFA-nın sükanı arxasında onun gələcəyi ilə bağlı məxfi danışıqlar aparıblar.

Trend xəbər verir ki, bu barədə RİA Novosti BBC-yə istinadən məlumat yayıb.

FİFA prezidentliyinə seçkilər 2015-ci ilin mayında keçiriləcək. Bundan əvvəl 78 yaşlı Blatter beşinci müddətə namizədliyini irəli sürəcəyini təsdiqləyib. Eləcə də FİFA baş katibinin sabiq müavini Jerom Şampan da namizəddir. Namizədliyin irəli sürülməsinin ən son müddəti yanvarın 29-dur.

Nəşrin yazdığına görə, bir neçə regional konfederasiya nümayəndələrinin və Blatterin iştirakı ilə keçirilən danışıqlar 2013-cü ilin oktyabrında İngiltərə Futbol Federasiyasının 150 illiyinə həsr edilmiş təntənələrdə başlayıb.

Mənbələrdən birinin nəşrə verdiyi məlumata görə, Blatter illərlə uzanan qalmaqallardan, gərgin iş qrafikindən, DÇ-2018 və 2022-yə ev sahibliyi etmək üçün Qətər və Rusiyanın seçilməsinə reaksiyalardan yorulub. Qeyd edilir ki, iki mundialın ev sahiblərinin seçimi prosesinin araşdırılmasının ciddi nəticələri ola bilər.

BBC xəbər verir ki, hələlik Blatterin seçkilərdə iştirakdan imtina edəcəyi halda regional konfederasiya rəhbərlərindən birini dəstəkləyəcəyi məlum deyil.

FİFA İcraiyyə Komitəsinin ötən həftə Mərakeşdə başa çatan iclasında komitənin üzvlərinin hamısı qurumun Etika komitəsinin istintaq palatasının sabiq rəhbəri Maykl Qarsiyanın DÇ-2018/2022-yə sahiblərin seçilməsi ilə bağlı iş üzrə tam hesabatının mümkündürsə, hüquqi baxımdan dərc edilməsinə yekdilliklə səs veriblər. Вelə olan halda hesabatın nəşri ayrı-ayrı şəxslər barəsində cari istintaq başa çatdıqdan sonra baş verə bilər. Bir müddət əvvəl Qarsiya palatanın rəhbəri postunu könüllü tərk edib. Səlahiyyətlərin icraçısı isə isveçrəli Kornel Borbeli təyin edilib.


Müəllif:

Oxşar xəbərlər