"Roma"nın baş məşqçisi Joze Mourinyo səfərdə "Kremoneze"yə qarşı keçirdikləri İtaliya A Seriyasının XXIV tur oyununda texniki zonadan qovulub.
Teleqraf.com xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin ikinci hissənin ilk dəqiqəsində matçın baş hakimi Marko Piççinini təhqir etməsi səbəb olub.
Referi Mourinyoya birbaşa qırmızı vərəqə göstərərək, onu tribunaya göndərib.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan qarşılaşmada "Roma" minimal hesabla geridədir - 0:1.