1 Yanvar 2015 21:09
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Superliqa təmsilçilərindən "Balıkesirspor" "Fənərbaxça"dan futbolçu icarəyə götürmək istəyir.

Publika.az xəbər verir ki, "Balıkesirspor" "Fənər"in serbiyalı futbolçusu Miloş Krasiçə "elçi düşüb".

Balıkesirlilər Krasiçi mövsümün sonuna kimi icarəyə götürmək istəyir. Onun illik qiyməti 2,3 milyon avrodu. "Balıkesirpor" isə "Fənər"ə Krasiçə görə yarımmövsümlük qiymətinin yarısını, yəni 575 min avro ödəməyi təklif edib. "Fənərbaxça" bu təklifi qəbul edərsə, Krasiç mövsümün sonuna kimi "Balıkesirspor"da çıxış edəcək.


"Fənər"də karyerası uğursuz alınan Krasiçin İtaliya və Rusiya klubları ilə danışıq apardığı da deyilir.


Müəllif:

Oxşar xəbərlər