28 Aprel 2023 23:28
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

Teleqraf.com xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın Fight Arena" turnirində qüvvəsini sınayıb.

ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb.

Görüşdən sonra təəssüratlarını bölüşən kikboksçu döyüşün təşkilatçılarına və onu dəstəkləmək üçün zala gələnlərə minnətdarlığını bildirib: "Çox yoruldum. Yaş öz sözünü deyir. Bu cür döyüşlərdə təcrübə rol oynayır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər