Türkiyə Superliqasında 35-ci tura start verilib.
Teleqraf.com xəbər verir ki, turun ən maraqla gözlənilən qarşılaşmasında lider "Qalatasaray" öz meydanında "Sivasspor"u qəbul edib. Görüş 2-0 hesabı ilə "sarı-qırmızılılar"ın qələbəsi ilə yekunlaşıb. Hər iki qolu "Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi vurub.
Qeyd edək ki, turnir cədvəlinə 79 xalla (33 oyun) "Qalatasaray" başçılıq edir. "Beşiktaş" 71 xalla (33 oyun) 2-ci, "Fənərbaxça" 71 xalla (33 oyun) 3-cüdür.
"Qalatasaray" - "Sivasspor" - 2:0
Qollar: İkardi, 13, 63