18 İyun 2023 00:13
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkinci hissəyə baxsaq, deyə bilərik ki, yaxşı qurtardıq. Amma bütün oyunu nəzərə aldıqda, daha yaxşı nəticə əldə edə bilərdik”.

Teleqraf.com xəbər verir ki, bunu futbol üzrə Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı səfər oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, fikirlərinə davam edərək bildirib:

“Rəqib hesabda geri düşdükdən sonra sxemi dəyişdi. İkinci hissədə daha çox üstümüzə gələcəklərini gözləyirdik. Azərbaycan millisi yaxşı komandadır. İlk hissədə göstərdiyimiz oyundan razı qaldım. Şanslarımızdan daha düzgün yararlana bilərdik. İkinci hissədə Azərbaycan millisi yaxşı mübarizə apardı. Rəqib qapıçı da kritik seyvlərlə yadda qaldı”.

49 yaşlı mütəxəssis Azərbaycan millisinə qarşı ev matçının bərabər səviyyədə keçəcəyini bildirib:

“Azərbaycanın İsveçlə səfər oyununu izləmişdim. Nəticəyə baxmayaraq, yaxşı oynamışdılar, keyfiyyət görünürdü. Fərqli matç olacaq. Düşünürəm ki, bərabər səviyyədə keçəcək”.

İsveçrəli çalışdırıcı qrupda neçənci yeri tutmalarının önəmli olmadığını əlavə edib:

“Oyundan oyuna baxırıq. Bu gün qalib gəlmək istəyirdik. İki matçda bir xal qazanmışıq. Hansı yeri tutacağımız önəmli deyil. Həmişə əsas məqsəd yuxarı sıralar olur. İndiki vəziyyətdə bu çətindir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər