"Fənərbaxça" "İnter"in futbolçusu Edin Cekonu transfer edir.
Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun tibbi müayinədən keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gedəcəyi vurğulanıb.
Bosniyalı oyunçunun "Fənərbaxça" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, E.Cekonun "İnter"lə müqaviləsi iyunun 30-u başa çatır. O, yeni klubuna azad agent kimi keçəcək.
Xatırladaq ki, 2022/23 mövsümündə Edin Ceko "İnter"in heyətində 52 oyuna çıxıb və 14 qol vurub.