Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Teymur Axundov ölkə tarixində ilkə imza atıb.
Bu barədə Teleqraf.com-a Federasiyadan məlumat verilib.
Bildirilib ki, Teymur Axundov Dünya Atletikasının hakimlər üçün nəzərdə tutulmuş imtahanında yüksək nəticə əldə edib.
O imtahan göstəricilərinə əsasən, Dünya Atletikasının gümüş dərəcəli hakimi seçilib. Federasiya rəsmisi Azərbaycan atletikası tarixində bu ada layiq görülən ilk hakim olub.
Qeyd edək ki, Teymur Axundov bu ilin yanvarında bürünc dərəcəli hakim adını alıb.