Gənclər və idman naziri Fərid Qayıbov lll Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, F. Qayıbov bu barədə nazirliyin rəsmi saytındakı qeydində yazıb.
"Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq", - nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.