"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Teleqraf.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda gerçəkləşəcək.