16 Avqust 2023 18:39
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Teleqraf.com xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər