27 Avqust 2023 22:04
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.

Teleqraf.com xəbər verir ki, növbəti görüşlərdə idmançılarımız qələbə qazanıblar.

Samboda 79 kiloqram çəkidə mübarizə aparan Adil Adilzadə rusiyalı Daniil Orlovu məğlub edərək bürünc medala yiyələnib.

Üzgüçülükdə isə 200 metr məsafəyə “butterfly” növündə yarışan Ramil Vəlizadə gümüş medal qazanıb.

Qeyd edək ki, avqustun 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər