1 Sentyabr 2023 17:34
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya”nın “Dinamo” (Zaqreb) klubu C qrupunda mübarizə aparacaq.

Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Sloveniya), “Klaksvik” (Farer adaları).

B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zarya” (Luqansk, Ukrayna), “Breydablik” (İslandiya).

C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Balkani” (Kosovo).

D qrupu: “Brügge” (Belçika), “Bude/Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə).

E qrupu: AZ (Alkmar, Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Zrinski” (Bosniya və Herseqovina).

F qrupu: “Ferentsvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya).

G qrupu: “Ayntraxt” (Almaniya), PAOK (Yunanıstan), HİK (Finlandiya), “Aberdin” (Şotlandiya).

H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşellann” (Danimarka).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər