İspaniya millisi AVRO-2024-ün seçmə mərhələsinin V turunda Gürcüstanı darmadağın edib.
Teleqraf.com xəbər verir ki, Pireney təmsilçisi səfərdə rəqibinə 7:1 hesabı ilə qalib gəlib.
Alvaro Moratanın het-trik etdiyi qarşılaşmada Dani Olmo, Niko Vilyams və Lamin Yamal hərəyə bir dəfə fərqləniblər. Solomon Kvirkveloyan avtoqol müəllifi olub. Gürcülərin təsəlli qoluna Giorgi Çakvetadze imza atıb.
İspaniya üç oyunda altı xalla A qrupunda ikincidir. Gürcüstan dörd xalla dördüncü yerdə qərarlaşıb.
Beləliklə, 16 yaş 57 günlük olan Yamal İspaniya millisinin ən gənc futbolçusu olub. O, komanda yoldaşı Qavinin rekordunu qırıb.