13 Sentyabr 2023 12:46
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Adana Demirspor” klubuna transfer olunan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o, paylaşımda Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanova təşəkkürünü çatdırıb.

Ş.Məhəmmədəliyev təcrübəli məşqçiyə bunları yazıb: “Mənə qarşı xoş münasibətinizi və əvəzsiz əməyinizi ifadə etməyə söz tapa bilmirəm. Hər şey üçün çox sağ olun, hoca. Allah sizdən razı olsun”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev bu gün yeni klubunun düşərgəsinə qoşulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər