AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının qrup mərhələsində Türkiyədə “Qalatasaray” və Danimarkanın "Kopenhagen" komandası arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 20-də İstanbulda baş tutacaq.