4 Noyabr 2023 18:27
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Kəpəz" 6 xalla sonuncudur.

Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları isə noyabrın 5-də gerçəkləşəcək.

Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər