Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, günün ikinci görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
"Kapital Bank Arena"da gerçəkləşən qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Rövlan Muradov və 69-cu dəqiqədə Roy Kehat fərqləniblər.
Bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran "Sumqayıt" 5-ci pilləyə yüksəlib. Naxçıvan təmsilçisi 20 xalla dördüncüdür.
Qeyd edək ki, turnirin ilk matçında "Qarabağ" "Kəpəz"i 7:1 hesabı ilə məğlub edib. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları noyabrın 5-də gerçəkləşəcək.
Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.