30 Noyabr 2023 21:56
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Molde" - "Qarabağ" oyununa satılan bilet sayı bəlli olub.

Teleqraf.com xəbər verir ki, "Aker" stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.

11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də "Qarabağ"a dəstək verəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Qarabağ" və "Molde" hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər