“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.
“Aker” stadionunda təşkil olunan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 2:2.
90+5-ci dəqiqədə Bəhlul Mustafazadə fərqlənib.
01:47
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.
“Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri yenidən fərqləniblər.
Moldenin eyniadlı komandasının heyətində 87-ci dəqiqədə Kristian Eriksen dubla imza atıb. Bununla “Molde” 2:1 hesabı ilə önə keçib.
01:35
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci qol vurulub.
“Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri hesabı bərabərləşdiriblər.
Moldenin eyniadlı komandasının heyətində 82-ci dəqiqədə Kristian Eriksen fərqlənib
00:15
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Teleqraf.com xəbər verir ki, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Oyunda hesab açılıb, ilk qolu Azərbaycan təmsilçisi vurub.
Matçın 11-ci dəqiqəsində Juninyo fərqlənib.
Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.