31 Dekabr 2023 22:09
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Eltac Səfərli İsveçrənin Sürix şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə ikinci olub.

Teleqraf.com xəbər verir ki, 31 yaşlı şahmatçı yarışı 5,5 xalla başa vurub.

Turnirin qalibi olan Krişnan Şaşikiran da eyni xal toplayıb. Səfərli hindistanlı şahmatçıdan yalnız əlavə əmsallara görə geri qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər