20 Yanvar 17:23
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın LKS (Lodz) komandası Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

"Neftçi"nin yetirməsi olan oyunçu son olaraq “Qarabağ”ın formasını geyinib. Ağdam təmsilçisi ilə dörd dəfə Azərbaycan çempionu olan R.Məmmədov müxtəlif vaxtlarda “Səbail” və “Zirə”də də çıxış edib.

Premyer Liqada 110, yığmada isə 15 oyun keçirən müdafiəçi bu mövsüm “köhlən atlar”la 9 çempionat matçına çıxıb.

Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər