Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Teleqraf.com xəbər verir ki, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
29-cu xalını qazanan "Neftçi" ikinci sıradakı "Zirə"yə çatıb. Meydan sahibləri hazırda 23 xalla 7-cidir.
Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.