Fevralın 11-də İngiltərə Premyer Liqasında XXIV turun növbəti oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, ikinci oyun günüdə iki matç baş tutub.
"Vest Hem" doğma meydanda "Arsenal"ı qəbul edib. Mikel Artetanın komandası Devid Moyesin "çəkicdöyənlər"ini meydana çıxmağa peşman edib - 0:6.
Günün digər oyununda isə "Mançester Yunayted" "Aston Villa"nı 2:1 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra xallarını 52-yə çatdıran "Arsenal" 3-cü yərdədir. "Vest Hem" isə 36 xalla 8-ci sırada qalıb. Turnir cədvəlinə 54 xalla "Liverpul" başçılıq edir.