Bakı” futbol klubunun sabiq müdafiəçisi Cəmşid Məhərrəmov karyerasını Türkiyədə davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, millimizin də şərəfini qorumuş futbolçu bundan sonra PTT 1-ci Liqa təmsilçisi “Adanaspor”un şərəfini qoruyacaq. “Adanaspor”u “Rəvan”ın sabiq baş məşqçisi Güvənc Kurtar çalışdırır.
C.Məhərrəmov məhz onun istəyi ilə Türkiyə klubuna transfer edilib. Artıq tərəflər müqavilə də imzalayıblar. Anlaşmanın 1,5 illik olduğu bildirilir.