Klubların UEFA reytinqi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib.
Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.
Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib.
Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib. “Köhlən atlar” “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) geridə qoyub.